Polşanın şimalına naməlum obyekt düşüb

Polşanın şimalına naməlum obyekt düşüb
Siyasət 5

Polşanın şimalında, Milakovo şəhəri yaxınlığında (Varmian-Masuriya Voyvodası) tarlaya naməlum obyekt düşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis orqanı məlumat yayıb.

Bildirilib ki, martın 4-də səhər saatlarında Polşa polisinə tarlada hava şarının tapıldığı barədə məlumat daxil olub. Polis obyektin düşdüyü ərazini mühafizə altına alıb, ordu da ora gəlib.

Polisinin mətbuat xidmətinin sözçüsü qeyd edib ki, polis daha əvvəl "bölgədə hava balonları ilə bağlı bir çox oxşar hadisələri" qeyd edib.

2023-cü ildə Polşanın Bydgoszcz şəhəri yaxınlığındakı meşədə raket qalıqları aşkar edilib. Məlum olub ki, o, 2022-ci ilin dekabrında Polşaya 400 kilometr dərinlikdə uçub və o zaman fərq edilib, lakin qalıqları tapmaq mümkün olmayıb.

Son xəbərlər