Ərdoğan hökumət rəsmiləri ilə şəhidin evinə gedib - FOTO

Ərdoğan hökumət rəsmiləri ilə şəhidin evinə gedib - FOTO
Siyasət 133

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Pence Kilit” əməliyyatı bölgəsində şəhid olmuş Ömür Ərtoğrul Sarının ailəsini ziyarət edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, ötən gün Kocaelidə bir sıra tədbirlərə qatılan Prezident orta məktəbin açılışından sonra şəhid Sarının ata evini ziyarət edib.

Ölkə rəhbəri Ömür Ərtoğrul Sarının ailəsi ilə görüşüb, şəhid üçün dua edib.

Səfərdə dövlət başçısını vitse-prezident Fuat Oktay və daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

Ərdoğan hökumət rəsmiləri ilə şəhidin evinə gedib - FOTO

Son xəbərlər