Polşa Ukraynaya dronların ixracı qaydalarını sadələşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 28-dən etibarən Polşadan Ukraynaya dronların ixracı Polşanın inkişaf və texnologiya nazirinin verdiyi ümumi icazə əsasında həyata keçirilə bilər.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, müvafiq qərar Ukraynanın müraciətinə cavab olaraq Polşa hökuməti tərəfindən qəbul edilib.
Polşanın inkişaf və texnologiya nazirinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya ixracı üçün ümumi icazədən Polşada yerləşən istənilən qurum (kommersiya və ya qeyri-kommersiya təşkilatları və ya fiziki şəxslər) istifadə edə bilər. Ümumi icazənin tətbiqi isə PUA-ların hər partiyasının ixracı üçün fərdi icazənin alınması zərurətini aradan qaldırır.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...