Polkovnik: "İnanıram ki, 18 aylıq Zəhranın qısası alınacaq"

Polkovnik: İnanıram ki, 18 aylıq Zəhranın qısası alınacaq
Siyasət 1549
 

"Cəbhə bölgəsində ermənilər dinc sakinlərimizi, 18 aylıq körpəni qətlə yetirdi. Bu dəfə erməniləri bağışlamamalıyıq.”

Bunu BAKU.WS-ə ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov cəbhə bölgəsində ermənilərin mülkiləri atəşə tutmasına rəy bildirərkən deyib.

O bildirib ki, birinci növbədə Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə son qoyulmalıdır.

"Danışıqlar prosesi Ermənistanın maraqlarına xidmət edir. Ermənilərin əl-qol açmasına imkan verir. Bundan istifadə edən ermənilər həyasızlıq edərək körpələrimizi qətlə yetirirlər. Düşməni bu dəfə bağışlamaq olmaz”, - deyə polkovnik bildirib.

Üzeyir Cəfərov erməni tərəfinin yaydığı videoya (Guya Azərbaycan tərəfi reaktiv raketlərlə erməniləri atəşə tutub – red.) da münasibət bildirib. Onun sözlərinə görə, qarşı tərəf bu saxta video ilə beynəlxalq ictimaiyyətin diqqətini öldürdükləri mülki şəxslərdən yayındırmağa çalışır.

"Bu həqiqət ola bilməz. Ermənilər iddia edir ki, bizim atəş nöqtələrimizi atəşə tutublar. Halbuki mülkilərin yaşadığı ərazi cəbhə xəttindən xeyli uzaqdadır. inanıram ki, yaxın günlərdə 18 aylıq Zəhranın və digər vətəndaşlarımızın qısası alınacaq”, - deyə polkovnik bildirib.

Saməddin Mehralıyev 

BAKU.WS

Son xəbərlər