Ermənilər neytral zonadakı yaralı hərbçilərimizə snayperlə atəş açaraq qətlə yetiriblər

Ermənilər neytral zonadakı yaralı hərbçilərimizə snayperlə atəş açaraq qətlə yetiriblər
Siyasət 29232

Ötən gün sosial şəbəkədə ermənilərin həlak olan azərbaycanlı hərbçilərin neytral zonadakı meyitlərinin videosunu hərbi ekspert Üzeyir Cəfərov şərh edib.

BAKU.WS xəbər verir ki, ekspert videoların Pilotsuz Uçan Aparat vasitəsi ilə çəkildiyini qeyd edib. Üzeyir Cəfərov ermənilərin meyitlərə yaxınlaşmadıqlarını hətta yaralı hərbçilərimizi uzaqdan snayperlə atəşə tutduqlarını da videonu şərh edərkən əlavə edib.

"Məndə olan dəqiq məlumata görə, ermənilər əsgər və zabitlərimiz yaralandıqdan sonra namərdcəsinə onları snayper atəşi ilə qətlə yetirib. Elə bu faktın özü ermənilərə qarşı işləyir. Ora müşahidə məntəqəsidir. Bu faktın özündən istifadə edib biz ermənilər darmadağın edə bilərik. Onlar yalandan uydurur ki, guya Azərbaycan diversiya qrupu göndərib. Diversantın yanında partlayıcı maddələr olur, digər ləvazimatlar olur, bunların heç biri yoxdur. Onlar bu videoları ilə özlərini ifşa edirlər. O videoda bizim bir əsgərin dəbilqəsi də forması da üstündədir. Zabitlər o mənətəqəni yoxlamağa gəliblər. Hərbçilərimiz döyüşə yaxud da hansısa əməliyyat keçirməyə gəlməyiblər. O post orada uzun müddətdir fəaliyyət göstərir, mobil postdur. Orada düşmənin hərəkəti müşahidə edilir".

Sonda ekspert bildirib ki, Azərbaycan şəhid olan hərbçilərin qanını yerdə qoymayacaq. Düşmənə layiqli cavab veriləcək.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. 

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər