Polad Bülbüloğlu bir neçə ölkənin Rusiyadakı səfirləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Polşa Respublikasının, İsveç Krallığının və İran İslam Respublikasının Rusiyadakı səfirləri ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.
Polad Bülbüloğlu diplomatlara Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirmişdir. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəflərə ətraflı məlumat verib.
Həmçinin Azərbaycanla qeyd edilən ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, habelə regionda baş verən proseslər və maraq doğuran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşlər əsnasında Polad Bülbüloğlu səfir həmkarlarına duayen qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat verib.
Görüşlərin sonunda səfirlərə Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...