Pişiyi ölən qadın 4 rəfiqəsi ilə birgə klinikaya hücum edib baytarı döydü - FOTO
Ankarada A.K. adlı qadın baytarlıq klinikasında infeksiyadan müalicə olunan pişiyi öldüyü üçün 4 rəfiqəsi ilə birgə klinikaya basqın edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzəbli rəfiqələr baytar Ceren Eroğluna xəsarətlər yetirib, klinikadakı əşyaları dağıdıb. Sözügedən hadisə təhlükəsizlik kamerasına əks olunub.
Baytarlıq klinikasına 4 rəfiqəsi ilə gələn qadın, “Səni rüsvay edəcəm. Boğacağam. Gözlə, sənə daha nə edəcəm. Al sənə klinika", - deyərək hücumu gerçəkləşdirib.
Hadisədən təsirlənən Ceren Eroğlu, "İnsanlar küçədə əllərini-qollarını sallayıb, kimisə döyməsinlər. Heyvanlara qarşı bu qədər yaxşı davrandığımız halda, şiddət görmək qəbuledilməzdir" deyib.
Baytar həkim hücumla əlaqədar polisə müraciət edib. Şübhəli daha sonra sərbəst buraxılıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...