Türkiyədə liseydə FACİƏ! - 1 şagird öldü, 5-i yaralandı - FOTO

Türkiyədə liseydə FACİƏ! - 1 şagird öldü, 5-i yaralandı - FOTO
Foto
Siyasət 208

Ankarada narkotik aludəçisi olduğu iddia edilən 17 yaşlı Y.B.B. əvvəllər şagirdi olduğu liseyə gələrək qanlı hadisə törədib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şehit Erhan Dural Anadolu Liseyində baş verən bıçaqlanmada 1 şagird ölüb, 5-i isə yaralanıb.

Məlumata görə, hadisəni törədən şəxs, Ankarada təhsil alan 22 yaşlı Fələstin vətəndaşı Ömər Aya adlı tələbəyə, “məni söydün", - deyərək hücum edib. Tələbə isə, "Mən səni tanımıram. Niyə söyüm?", - deyib. Buna baxmayaraq, Y.B.B. bıçaqla fələstinli gəncə müxtəlif nahiyələrindən xəsarət yetirib.

Daha sonra o, narkotikin təsiriylə ətrafdakı daha beş nəfərə hücum edib və müxtəlif dərəcəli xəsarətlər yetirib.

Cinayətkar şagird, müəllim və valideynlər tərəfindən zərərsizləşdirilib və hadisə yerinə gələn polislərə təhvil verilib.

Xəstəxanaya aparılan şagirdlərdən biri Alparan Paltanın isə həyatını xilas etmək mümkün olmayıb.

Tibbi ekspertizadan sonra şagirdin cəsədi ailəsinə təhvil verilib. Bu zaman məlum olub ki, A.Palta zəlzələ qurbanlarından biridir və təhsilini burada davam etdirmək üçün ailəsi ilə birlikdə Kahramanmaraşdan Ankaraya gəlibmiş.

Hadisəni törədən şagird isə həbs edilib.

Son xəbərlər