Pezeşkianın Xankəndi səfəri İranda formalaşmış antiazərbaycan blokuna zərbə oldu

Pezeşkianın Xankəndi səfəri İranda formalaşmış antiazərbaycan blokuna zərbə oldu
Siyasət 70

"İranın indiki rəhbərliyi, xüsusilə Pezeşkianın hakimiyyəti dönəmindən sonra yeni xarici siyasət trayektoriyası müşahidə edilməkdədir".

Bu barədə  tanınmış politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu da onla əlaqədardır ki, ənənəvi İran mühafizəkar baxışı regionda İran əleyhinə blokların yaradılmasına səbəb olub. 

"Qısa müddətli toqquşmalarda və müharibələrdə İran ciddi zərbə aldı. Suriyada da, Livanda da belə oldu. Prosesin sonrakı gedişatında izlədik ki, İrana bağlı olan radikal qrupların böyük əksəriyyəti İsrail bə ABŞ tərəfindən darmadağın edildi. Onun da zirvə nöqtəsini İran-İsrail savaşında yaşandı", - deyə Əziz Əlibəyli bildirib.

Politoloqun sözlərinə görə, bütün bunlar göstərir ki, İranın regional mövqeyinə ciddi zərbə endirilib:

"Pezeşkianın burada yeni xətt tərəfdarı kimi baxışları İranın bölgə ölkələri ilə inteqrasiyası və iqtisadi rifah naminə ekonomik münasibətlərə yönəlməsini təşkil edir. Azərbaycanla əlahiddə münasibətlər mərhələsi haqqında danışmaq olar. Məxsusilə son dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Xankəndinə gəlməyi İranda formalaşmış antiazərbaycan bloklarına böyük zərbə oldu. Prosesin sonrakı mərhələsində belə izləmiş olduq ki, Pezeşkianın fikirlərinin Azərbaycana qarşı olmadığını hiss etmiş olduq. O sanki münasibətlərin pisləşməsində öz xarici siyasətlərini günahlandırdı. Əgər bizə qardaş və eyni tarixi daşıyan ölkə İsrail ilə bizdən daha yaxındırsa, deməli burada bizim qüsurlarımız var.

Bundan başqa, ABŞ ilə müqaviə mərhələsində Pezeşkianın ön plana çıxması və Prezidentin Amerikaya səfəri ərəfəsində səsləndirdiyi fikirlər belə qənaət doğurdu ki, əslində Azərbaycan vasitəsilə İranın həm Amerika, həm də İsrail ilə münasibətlər qurmaq ehtimalı daha yüksəkdir. Azərbaycanın xarici siyasətində bu təcrübə həmişə öz əksini tapıb". 

Son xəbərlər