Pezeşkian İlham Əliyevə Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana dünənki səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə M.Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb.
"Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər
Azərbaycan XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Maykl O"Flahertinin Azərbaycanda aparılan bəzi istintaq işləri, ha...