Pezeşkian Azərbaycanla bağlı iddiaları TƏKZİB ETDİ

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat verib.
M.Pezeşkian bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb:
"Bəzi şayiələrin əksinə olaraq, qonşularla "sionist rejim" arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb" - deyə o qeyd edib.
M.Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər.
Oxşar xəbərlər
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının beş...
