Peskov: Putin Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib
Rusiya Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rusiya KİV-ləri bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.
O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.
"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və əməkdaşlıq həyata keçirilir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib", - deyə Peskov vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb
Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik....