Peskov Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı iddiaya cavab verdi

Peskov Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı iddiaya cavab verdi
Siyasət 0

ABŞ-nin “The Wall Street Journal” nəşrinin iş adamı Yevgeni Priqojinin təyyarə qəzası ilə bağlı versiyası həqiqəti əks etdirmir.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin bu məsələdə əlavə şərhə ehtiyac duyulmadığını vurğulayıb.

Qeyd edək ki, Amerika nəşrinin yazdığına əsasən, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Priqojinin olduğu təyyarənin qəzaya uğramasında əli var.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, "WSJ" son vaxtlar "bulvar ədəbiyyatı"na bənzəməyə başlayıb.

Xatırladaq ki, avqustun 23-də Priqojin və üç ekipaj üzvü də daxil olmaqla, daha 9 nəfərin olduğu biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verib.

Son xəbərlər