Pentaqon: Rusiya Ukraynaya 600 raket atıb

Pentaqon: Rusiya Ukraynaya 600 raket atıb
Siyasət 52

Rusiya Ukraynanın işğalı başlayandan bu ölkəyə ümumilikdə 600 raket atıb və Ukraynanın daxilinə topladığı döyüş gücünün təxminən 95%-ni işlədib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Qeyd olunub ki, Rusiya qüvvələri hələ də Kiyev, Xarkov, Çerniqov və Mariupol şəhərlərini mühasirəyə almağa çalışır, lakin ukraynalıların güclü müqaviməti hücumların sürətini azaldır.

Pentaqonun məlumatında o da bildirilib ki, hazırda Kiyevin şimalında uzunluğu 40 milə çatan Rusiya kolonu hərəkətsiz qalır və onun Kiyevə nə qədər məsafədə olması ilə bağlı yenilik yoxdur.

Ötən həftə bu məsafənin şəhər mərkəzindən 25 kilometr olduğu bildirilib. Məlumata əsasən, həm Rusiya, həm də Ukrayna Kiyev səmasında döyüş gücünü nəzərəçarpacaq səviyyədə özündə saxlayır.

“Biz inanırıq ki, Ukraynada xalqın böyük hissəsinin hələ də kommunikasiya vasitələrinə, internetə və mediaya çıxışı qalır”, - Pentaqon rəsmisi əlavə edib.

Son xəbərlər