Pele ilə bağlı ŞOK FAKT - 100 yaşlı anası... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl ölümü dünyanı yasa boğan braziliyalı futbolçu Pele (Edson Arantes de Nascimento) ilə bağlı təəccübləndirici fakt ortaya çıxıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun anası Selest Arantes övladının vəfat etdiyini bilmir.
Bu barədə Pelenin bacısı Maria Lucia do Nascimento açıqlama verib. Onun sözlərinə görə, futbolçunun 100 yaşlı anası onun ölümündən xəbərsizdir:
"Anamın 100 yaşı var. Dünyada baş verən bir çox hadisəni dərk edib, qavraya bilir. Pelenin ölümündən sonra onunla danışmışıq. Amma o qardaşımın vəfatından xəbərsizdir. Peleni həyatda yaşayır zənn edir".
Maria Luciaya Peleyə uşaqlıqdan "Diko" deyildiyini də vurğulayıb.
Xatırladaq ki, Pele ötən ilin dekabrın 29-da 82 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Pelenin ölümü ilə bağlı Braziliyada matəm elan edildi
Braziliya prezidenti Jair Bolsonaro Pelenin ölümü ilə əlaqədar üç günlük matəm elan edib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında dərc...