Paşinyan Yeni ilə qədər istefa verəcək - Siyasi ekspert proqnoz verdi

Paşinyan Yeni ilə qədər istefa verəcək - Siyasi ekspert proqnoz verdi
Siyasət 262

İkinci Qarabağ Müharibəsindən biabırçı məğlubiyyət və rüsvayçılıqla çıxan və işğal edilən əraziləri geri qaytarmaq məcburiyyətində qalan Ermənistanda baş nazir postunda tezliklə dəyişiklik olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bildirilir ki, Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistanın 30 illik qurulan mühəndis istehkam və müdafiə sistemini darmadağın etməsi, minlərlə hərbçinin zərərsizləşdirilməsi və üstəlik milyardlarla dollar dəyərində hərbi texnika, silah-sursatın məhv edilməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi və bacarıqsızlığını ortaya qoyub.

Məhz buna görədir ki, Ermənistanın müharibədə acı məğlubiyyətindən sonra ölkə boyu etirazlar bu günə kimi davam edir və Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

Ermənistanda tanınmış politoloqlardan olan Ayk Xalatyan yerli mediaya açıqlamasında bildirib ki, Nikol Paşinyan Yeni ilə qədər hakimiyyətdən gedəcək. O, bu fikrini Paşinyanın əhali arasında nüfuzunun ölməsi və əvvəlki kimi onun tərəfdarlarının çox olmaması ilə əlaqələndirib.

Paşinyanı əvəz edəcək şəxs barədə danışarkən erməni politoloq qeyd edib ki, bu postda onu əvəz edə biləcək ən real namizəd məhz sabiq prezident Robert Koçaryandır.

Son xəbərlər