Paşinyan Putinə zəng etdi
Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, telefon görüşü Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Həmçinin Paşinyan iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən öncə daxili siyasi vəziyyət barədə Putinə məlumat verib.
"Dağlıq Qarabağda vəziyyət müzakirə edildi. Rusiya sülhməramlılarının təşəbbüsü sayəsində bölgədəki vəziyyətin sabitliyindən məmnunluq ifadə olunub. Enerji sektoru daxil, ikitərəfli əməkdaşlığın aktual mövzuları barədə də fikir mübadiləsi aparılıb", - deyə Kremlin yaydığı məlumatda bildirilir.
Oxşar xəbərlər
Paşinyan Putindən kömək istəyib - İrəvanda mövcud vəziyyət - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, telefon danışığı Ermənis...