Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.
“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - Baş nazir vurğulayıb.
Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...