Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
04
iyl
2025
21:24
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
BAKU.WS xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümay...