Pakistan xarici işlər naziri Azərbaycana dron hücumundan dərin narahatlığını bildirib
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
BAKU.WS xəbər verir ki, telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.
Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb.
Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə...