Özünü prezident elan etmiş müxalif liderə "xain və qatil" dedilər - VİDEO

Özünü prezident elan etmiş müxalif liderə xain və qatil dedilər - VİDEO
Video
Siyasət 671

Venesuelada özünü prezident elan etmiş müxalif lider Xuan Quaido Karakasdakı hava limanında etirazla qarşılanıb.

BAKU.WS xəbər verir ki, ölkədən çıxışına qadağa qoyulan Quaido Venesuelaya qayıdarkən yer əhali hava limanına axın edib.

Venesuelalılar müxalif lideri "xain və qatil" adlandıraraq ona su və digər əşyalar atıblar.

Qeyd edək ki, 23 yanvar 2019-cu ildə Ağ Ev rəbəri Donald Tramp sosial şəbəkə vasitəsilə Xuan Quaidonu "müvəqqəti prezidenti" elan edib.

Son xəbərlər