Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib
29
mar
2025
18:27
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm Mehriban xanım.
Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm".
Oxşar xəbərlər
Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli M...