Öz batalyonunu ağır itkilərdən xilas edən xüsusi təyinatlı zabitlə bağlı prezidentdən SƏRƏNCAM

Öz batalyonunu ağır itkilərdən xilas edən xüsusi təyinatlı zabitlə bağlı prezidentdən SƏRƏNCAM
Siyasət 2853
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamla dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər:“İgidliyə görə” medalı iləXudiyev Vilayət Yunus oğlu – leytenant (ölümündən sonra)Qasımov Elşən Oruc oğlu – əsgər (ölümündən sonra)1958-ci il sentyabrın 14-də Qazaxda anadan olan Vilayət Xudiyev səkkizillik məktəbi bitirdikdən sonra Bakıda uçot-iqtisadiyyat kursunu başa vurub, təhsilini Politexnik Texnikumunda davam etdirib. O, 1979-1981-ci illərdə Soçidə hərbi xidmətdə olub. Vilayət Xudiyev Dövlət Aqrar Sənaye Nazirliyində işlədiyi müddətdə hərbi komissarlıq tərəfindən ona xüsusi tapşırıq verilib. O, xüsusi təyinatlı desant zabit qrupları yaratmaq məqsədilə batalyon komandiri təyin edilərək Ağdərə rayonunun Drambon kəndinə göndərilib. V.Xudiyev Qarabağ uğrunda döyüşlərdə xüsusi bacarıq göstərib. O, bütöv bir batalyonu qanlı döyüşdə ağır itkilərdən xilas etsə də, özü 1992-ci il oktyabrın 8-də qəhrəmancasına həlak olub. Hərbi qulluqçunun ölüm şəhadətnaməsi 1992-ci il oktyabrın 14-də verilib. Şair-publisist Fəridə Ləmanın 1995-ci ildə çapdan çıxan “Qazax mahalının şəhidləri” kitabında şəhid haqqında ətraflı məlumat verilib.BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI

İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqın...

13 Siyasət 18:32 11 fevral 2019

Son xəbərlər