Ötən gün nəşi tapılan şəhid Təbriz İbrahimov dəfn olunub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində şəhid olan hərbi qulluqçu Təbriz İbrahimovun cənazəsi Bakıya gətirilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ötən gün nəşi tapılan şəhid Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində şəhid olmuş şəhidin nəşi doğulduğu rayona aparılıb - FOTO
Vətən müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu Salyan rayonun gətirilib. BAKU.WS “Reprt”a istinadən xəbər verir ki, Vətən müharibəsində itkin düşərək so...