Vətən müharibəsində şəhid olmuş şəhidin nəşi doğulduğu rayona aparılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu Salyan rayonun gətirilib.
BAKU.WS “Reprt”a istinadən xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu (MAXE), əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.
Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.
Şəhid mayın 20-də Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...