"Oskar" mükafatına namizəd daun sindromlu aktyor qəhvə dükanında işləyir - FOTO
2023-cü ildə "Oskar" mükafatına namizəd olan aktyor Ceyms Martinin qəhvə dükanında işlədiyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti yazır.
"İrland sayağı vidalaşma" ("Прощание по-ирландски") filminin aktyoru daun sindromlu Ceyms Martin deyir ki, qəhvəxanadakı işini tərk etmək fikrində deyil və orada öyrəndiyi bacarıqlarla fəxr edir.
"Mən bütün müştərilərə kömək edirəm və uzun müddətdir ki, bu işlə məşğulam. Mən sarımsaqlı çörək, salat, midye, çips və buna bənzər yeməklər hazırlaya bilərəm", - Martin deyir.
Aktyor vurğulayıb ki, daun sindromlu olub-olmamağından asılı olmayaraq hər kəs aktyor ola bilər:
"The Simpsons"da Stiven Hokinqi götürün. O, fantastik aktyor idi və nə etdiyini bilirdi. Mən həmişə insanlara deyirəm ki, kitabı üz qabığına görə mühakimə etməyin".
O, etiraf edib ki, onu tez-tez daun sindromlu ilk peşəkar aktyor Tommi Cessopla səhv salırlar.
Qalereya
Oxşar xəbərlər
Bu film "Oskar" mükafatı aldı
"Mənim müəllimim - səkkizayaqlı ilbiz" sənədli filmi ABŞ kino akademiyasının "Ən yaxşı sənədli tammetrajlı film" kateqoriyası üzrə "Oskar" mükafatına layiq görü...