OPEC ölkələri apreldə sazişi 202% yerinə yetirib

OPEC ölkələri apreldə sazişi 202% yerinə yetirib
Siyasət 16

OPEC-in aprel ayında neft hasilatı mart ayı ilə müqayisədə sutkada 191 min barel azalaraq gündəlik 28,6 milyon barelə enib

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə OPEC-in may hesabatında məlumat verilib.

“İkinci dərəcəli mənbələrin məlumatına görə, 2023-cü ilin aprel ayında 13 OPEC ölkəsinin ümumi neft hasilatı sutkada orta hesabla 28,6 milyon barel təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə sutkada 191 min barel azdır. Neft hasilatı əsasən Səudiyyə Ərəbistanı, Anqola və İranda artıb, İraq və Nigeriyada isə azalıb”, - hesabatda deyilir.

OPEC-in 13 ölkəsindən 10-u OPEC+ sazişi çərçivəsində aprel ayında hasilatı 2022-ci ilin avqust ayındakı hədəf səviyyəsindən gündəlik 1,273 milyon barel azaltmaqla bağlı öhdəliyə malik idi. Amma faktiki olaraq bu rəqəm 2,573 milyon barel təşkil edib. Beləliklə, OPEC hasilatı planlaşdırıldığından sutkada 1,3 milyon barel çox azaldaraq sazişi 202% yerinə yetirib.

Son xəbərlər