Ömər aşırımında məhv edilən erməni postları və texnikaları - YENİ GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Ömər aşırımı - Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik edib.
Relyefin meyilliyi Ömər aşırımından etibarən hər iki istiqamətə sərt enişlidir. Ancaq yüksək keçicilik qabiliyyəti olan nəqliyyatdan istifadə olunur.
2020-ci il noyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan müzəffər Azərbaycan Ordusu düşməndən azad edilən Kəlbəcər rayonunun ərazisinə məhz bu yolla, Ömər aşırımından keçərək daxil olub.
Ömər aşırımında məhv edilən erməni postları və texnikaları ilə bağlı yayılan yeni görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...