Oğuzda şəhid dəfn olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
Qalereya
Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Erməni...