Oğlan uşaqlarını zorlayan pedofil müəllim tualetdə ÖLÜ TAPILDI - VİDEO
26
apr
2019
18:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Peterburq şəhərində oğlan uşaqlarına qarşı seksual xarakterli əməllər törətdiyinə görə saxlanılan ABŞ vətəndaşı İstintaq Təcridxanasında ölüb.BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, 47 yaslı Bern V. məhbusun döşək ağına bükülmüş cəsədi kameranın videomüşahidə kameralarının əhatə etmədiyi ərazidə - tualetində ölü tapılıb.İlkin müayinə zamanı onun cəsədində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Ehtimal edilir ki, əcnəbi intihar edib.Müşahidə kameralarına düşən görüntülərdə görünür ki, 24 apreldən 25-nə keçən gecə Bern yataqdan qalxıb tualetə gedir və oradan geri dönmür. Kamera yoldaşları bu müddətdə yatıblar.Bern V. Peterburqa özəl məktəblərin birində ingilis dilini tədris etmək üçün dəvət edilmişdi.Xatırladaq ki, Bern ötən ilin 3 sentyabr ayında 9 yaşlı oğlan uşağını zorladığına görə saxlanılmışdı. O, saxlanıldıqdan sonra daha bir cinayətinin üstü açılıb. Belə ki, mediada fotosu yayılan əcnəbinin mağazaların birində lal-kar uşağa qarşı seksual xarakterli hərəkət etdiyi üzə çıxsıb.
Oxşar xəbərlər
Şirvanda itkin düşən oğlan Bakıda tapıldı - FOTO
Şirvanda 5 gün əvvəl itkin düşən oğlan bu gün tapılıb.BAKU.WS-in məlumatına görə, martın 30-da evdən çıxaraq bir daha geri qayıtmayan 15 yaşlı Şirvan şəhər saki...