Numan Kurtulmuş: Türkiyənin yeni, çağdaş Konstitusiyası yaradılmalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin qarşısında duran məsələ yeni, çağdaş Konstitusiyanın yaradılmasıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə TBMM-də "Zəfərin adı Türkiyə" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu, 15 iyuldan çıxarılan dərslərdən biridir:
"Elə bir konstitusiya yaratmalıyıq ki, vəzifəsindən asılı olmayaraq çevrilişə cəhdi ağıllarına belə gətirməsinlər. Türkiyə daha irəliyə gedəcək, 15 iyul şəhidlərinin bizə buraxdığı böyük mirasa sahib çıxmağa davam edəcəyik. Yeni Konstitusiya Türkiyədə demokratiyanın standartlarının yüksəlməsi, sülh və qardaşlığın inkişafı üçün lazımdır".
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Axta kəndinin tarixi
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qə...