Nigeriyada 200-dən çox şagird qaçırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb.
BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə keçmiş senator Şehu Sani məlumat verib.
“Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir”, - o bildirib.
Məlumata görə, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Qaçırılanların yaşı qeyd olunmayıb.
Xatırladaq ki, məktəblə bağlı insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılmasından iki gün sonra baş verib.
Oxşar xəbərlər
Nigeriya ordusu səhvən kəndi bombaladı - 85 nəfər ÖLDÜ
Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) Kaduna əyalətində bir kəndi səhvən bombalaması nəticəsində 85 nəfər həyatını itirib. BAKU.WS xarici mətbuata istinadən xə...