Nigeriyada silahlılar 80 nəfəri qaçırıb
08
apr
2023
21:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriyanın şimal-qərbində silahlılar bu gün səhər saatlarında çoxlu uşaq və qadınların da olduğu 80 nəfəri qaçırıblar.
Bu barədə "Premium Times" qəzeti xəbər verib.
Məlumata əsasən, silahlılar 80 nəfəri qaçıraraq naməlum istiqamətə aparıblar. Yerli sakinlər oğurlananların sayının 100-ü keçə biləcəyini istisna etmirlər.
Silahlıların tapılması və oğurlananların azad edilməsi üçün əraziyə gücləndirilmiş hərbi polis dəstəsi göndərilib.
Oxşar xəbərlər
Nigeriyada məcburi köçkün düşərgəsində 36 nəfər ölüb
Nigeriyanın mərkəzində məcburi köçkünlər üçün düşərgədə ən azı 36 nəfər həlak olub. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “The Natio...