Burkina-Fasoda 60-ya yaxın qadın qaçırılıb
15
yan
2023
22:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Bu barədə AFP Arbinda şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadın qruplarına iki hücum həyata keçirib. Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.
Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.
Oxşar xəbərlər
ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur” - FOTO
“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”. BAK...