Nigeriya ordusu səhvən kəndi bombaladı - 85 nəfər ÖLDÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriya Hərbi Hava Qüvvələrinin (HHQ) Kaduna əyalətində bir kəndi səhvən bombalaması nəticəsində 85 nəfər həyatını itirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) açıqlama verib.
Bildirilib ki, dekabrın 3-ü axşam saatlarında kənd sakinləri Mövlud şənliyinə toplaşarkən Kaduna əyalətinin Tudun Biri kəndində hərbi təyyarə
kəndi bombalayıb:
"Şimal-Qərb Regional İdarəsi yerli hakimiyyət orqanlarından indiyədək 85 cəsədin basdırıldığını və axtarışların hələ də davam etdiyini öyrənib".
Qeyd edilib ki, həyatını itirənlərin çoxu qadın və uşaqlardır. Bundan başqa hadisə zamanı 50-dən çox adam yaralanıb.
Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Bu səbəbdən də ölənlərin sayının artacağı ehtimal olunur.
Qeyd olunub ki, ordu bundan əvvəl bölgədə belə bir hadisənin baş verdiyini təkzib edib, hazırda hadisə ilə bağlı heç bir açıqlama vermir.
Kaduna qubernatoru Uba Sani kəndin bombalanmasının dərhal araşdırılmasını istəyib.
Oxşar xəbərlər
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib - YENİLƏNİB/FOTO/VİDEO
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib. Bu barədə “Telegram” kanalları məlumat yayıb. ***21.57 “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənləri...