Nə ağır artilleriya, nə tank: Ermənilərin "alınmaz qala" xülyası necə puç oldu?

Nə ağır artilleriya, nə tank: Ermənilərin alınmaz qala xülyası necə puç oldu?
Video
Siyasət 51

Şuşanın azad edilməsi bir millətin yaddaşına həkk olunmuş qələbə anıdır.

Bu, təkcə strateji nöqtənin deyil, xalqın ruhunun, qürurunun və mədəni varlığının azadlığı idi.

Azərbaycan üçün bu, həm də bir dövrün bitməsi, yeni bir mərhələnin başlanğıcı oldu - itirilən mədəni mərkəz geri qaytarıldı, azadlıq ruhu yenidən dirçəldi.

Mürəkkəb relyefli, sıldırım qayalarla əhatələnmiş şəhər Azərbaycan Ordusunun çevik taktika və mərdliyi sayəsində azad edildi. Meşə zolaqlarından gizli irəliləyiş, dəqiq hava və artilleriya zərbələri ilə Sığnaq və Daşaltının alınması Şuşa əməliyyatının açar məqamları oldu.

Oktyabrın sonu - noyabrın əvvəli aparılan planlı hərbi əməliyyat nəticəsində Şuşa üç istiqamətdən mühasirəyə alınaraq qısa müddətdə təmizləndi.

Son mərhələdə erməni ordusu Şuşanı geri almaq üçün bir neçə dəfə əks-hücuma keçdi. Buludlu və dumanlı hava şəraiti PUA-ların fəaliyyətini məhdudlaşdırır, şəhərdəki xüsusi təyinatlılara artilleriya və hava dəstəyi göstərməyi çətinləşdirirdi.

Doğma şəhəri artilleriya atəşi ilə vurmamaq isə əməliyyatın ən çətin sınaqlarından biri idi. Amma buna baxmayaraq, Azərbaycan əsgərləri iradə və mərdliklə yaxınməsafəli döyüşlər apararaq Şuşanı qoruyurdular. Bu, həm taktiki peşəkarlığın, həm də qəlb gücünün təntənəsi idi.

Əməliyyat sübut etdi ki, qələbəni təmin edən əsas amillər düzgün qərar, peşəkar planlaşdırma və sarsılmaz döyüş ruhudur.

Beş il əvvəl dağların zirvəsində ucalan bayraq bu gün hər azərbaycanlının qəlbində dalğalanır - o, əsgərin şücaətinin, zabitin məsuliyyətinin və xalqın əbədi birliyinin canlı rəmzidir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər