Naxçıvan DİN-ə 9 yeni avtomobil verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.
BAKU.WS xəbər verir ki, 1 ədəd “Toyota Land Cruiser” markalı avtomobil rəhbər heyət, 6 ədəd “Fiat Doblo” markalı avtomobil post-patrul və 2 ədəd “BMW” markalı avtomobil isə yol-patrul xidməti üçün nəzərdə tutulub.
Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...