NATO mənzil-qərargahında Azərbaycanla tərəfdaşlıq müzakirə olunub
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO Baş katibinin müavini Radmila Şekerinska arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə Sülh naminə tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etmiş olduğu sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məhsuldar müzakirə aparılıb.
Tərəflər, həmçinin Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki əvəzolunmaz rolundan və regiondakı cari inkişaflardan bəhs ediblər.
Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə təsadüf etmiş 2024-cü ildəki əməkdaşlıq yüksək dəyərləndirilib və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İsxak Hersoq İlham Əliyevə zəng edib
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərba...