NASA açıqladı: Kosmosda həyatın izləri tapılmış ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın (Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) “James Webb” teleskopunun “K2-18b” planetində tapdığı molekulun kosmosda həyatın olduğuna dəlil ola biləcəyi açıqlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təsdiqlənməmiş məlumatlara görə, 120 işıq ili uzaqlıqdakı “K2-18b” planetində yalnız Yerdəki canlılar tərəfindən istehsal olunan “dimetil sulfid” (DMS) adlı molekul mövcud ola bilər.
Tədqiqatçılar həmçinin planetin atmosferində metan və karbon qazının aşkar edildiyini bildiriblər. Bu kəşf “K2-18b”nin su okeanına malik olduğu mənasını verə bilər.
Araşdırmanı aparan professor Nikku Madhusudhan bildirib ki, Yer üzündə DMS yalnız canlılar tərəfindən istehsal olunur:
“Bununla belə, “K2-18b”də DMS-nin mövcudluğunu təsdiqləmək üçün daha çox məlumat lazımdır və qəti nəticələr bir il ərzində əldə ediləcəkdir. Məlumatlar təsdiqlənərsə, bu, böyük hadisə olar”.
Alimlər sözlərinə görə, ilk dəfə olaraq uzaq ulduzun ətrafında fırlanan planetdə DMS-nin olması ehtimalı müəyyən olunub.
Oxşar xəbərlər
NASA ilk dəfə Aya qadın və qaradərili astronavt göndərəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bazar ertəsi günü, 50 ildən çox müddətdən sonra Aya göndəriləcək ilk insan qrupuna təyin olunmuş ekip...