Myanmarda qanlı həftə: 180-dən çox etirazçı öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Myanmarda bir həftədir davam edən etiraz aksiyaları nəticəsində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən nümayişçilərin sayı 183 nəfəri keçib.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, etiraz aksiyasında iştirak edən ölkə vətəndaşları hərbi çevrilişin əleyhinədir.
Təkcə bu gün 20 nəfər dinc sakin güc strukturlarının zorakılığının qurbanı olub. Bazar günü isə öldürülənlərin sayı 74 nəfər olub.
Qeyd edək ki, ordu 1 fevralda səsvermə nəticəsində seçilmiş Aung San Suu Kyini deviriblər. Demək olar ki, hər gün ölkənin müxtəlif yerlərində insanlar bu çevrilişi protest edirlər.
Oxşar xəbərlər
Myanmada 17 nümayişçi öldürülüb - VİDEO
Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 17 etirazçı ölüb...