MSK sədri: "İndiyədək qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb"

11
apr
2018
15:13
"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb".BAKU.WS APA-nın xəbərinə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: "Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər".M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.BAKU.WS

Oxşar xəbərlər
Seçki bülletenlərinin çapına başlanıb
Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki,...