İmran Xana 5 illik siyasi qadağa qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.
"Report" Pakistan mediasına istinadən xəbər verir ki, Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.
Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində İmran Xan 3 il həbs cəzası alıb.
Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.
Oxşar xəbərlər
İmran Xanın partiyasına rəhbərlik edəcək şəxs məlum olub
Pakistanın müxalifətdə olan Ədalət Uğrunda Hərəkat Partiyasına müvəqqəti olaraq təşkilatın sədr müavini Şah Mahmud Qüreyşi başçılıq edəcək. BAKU.WS “report”a is...