"Məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etməkdir"
"Məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşündə deyib.
İlham Əliyev Yıldırımın baş nazir olduqdan sonra ilk dəfə Azərbaycana səfər etməsindən mənmun olduğunu bildirib.
"Bu, bir daha göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz indi sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli işində fikir mübadiləsi apardıq və bir daha gördük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir", - İlham Əliyev vurğulayıb.
Prezident deyib ki, bu gün Türkiyə və Azərbaycan əlaqələri ən yüksək zirvədədir.
"Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir. Şadam ki, vaxtlı-vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını edəcəyik. Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız üçün, dövlətlərimiz üçün, həm də bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir", - İlham Əliyev əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Binəli Yıldırımla görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub. BAKU.WS xəbər ve...