Türkiyədə 1800 illik büst tapılıb - FOTO

Türkiyədə 1800 illik büst tapılıb - FOTO
Siyasət 193

Türkiyənin Düzce ərazisinin Konuralp qəsəbəsində Prusias Ad Hypium antik şəhərində 1800 illik bir büst tapılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, büst İmperator Hadrian ilə eyni dövrdə yaşamış, kahinlik etmiş və antik teatrın səhnəsini inşa etmiş M. Iulius Proklosa aid olduğu deyilir.

Teatrın girişinin qarşısındakı qazıntılar zamanı tapılan büst təxminən 56 santimetr hündürlükdə və 50 santimetr enindədir. Büstdə bığ, saqqal, qıvrım və dalğalı saçlar, həmçinin qatlanmış bir parça təsvir edilib. Hər bir saç teli başqasından fərqli olaraq öz içində büküldüyü üçün büstün Antoninlər dövrünün detallı üslubunu təmsil etdiyi bildirilir.

Qeyd edək ki, III əsrə aid olan qazıntı işləri 2019-cu ildən Konuralp Müzeyinin başçılığı ilə aparılır.

Türkiyədə 1800 illik büst tapılıb - FOTO

Türkiyədə 1800 illik büst tapılıb - FOTO

Son xəbərlər