Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək

Bu ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin informasiya agentlikləri alyansının təsis konfransı keçiriləcək .
“Report”un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman IX Xəzər Media Forumu çərçivəsində “Xəzəryanı ölkələrin informasiya agentlikləri nümayəndələrinin görüşü” sessiyasında çıxışı zamanı deyib.
Bu təklifi İRNA, AZƏRTAC və “Kazinform” agentliklərinin nümayəndələri dəstəkləyib.
“İndiyədək dövlətlərimizin informasiya agentlikləri ikitərəfli formatda əməkdaşlıq edirdisə, indi biz faktiki olaraq vahid informasiya məkanı formatını həyata keçiririk. Moskvada, təsis konfransında biz bütün təşkilati və hüquqi məsələləri həll edəcəyik”, - Mixail Qusman vurğulayıb.
Xəzər media platforması məsələsinə gəlincə, o qeyd edib ki, bu format Xəzəryanı dövlətlərin informasiya resursları üçün açıq olmalıdır.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...
