Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib
27
apr
2024
22:36
Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.
“Report” xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.
İstintaqın fikrincə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib
Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib. “Report” xəbər verir ki, b...