Moskva səmasında naməlum qara halqa peyda oldu - FOTO/VİDEO

Moskva səmasında naməlum qara halqa peyda oldu - FOTO/VİDEO
Foto Video
Siyasət 459

Rusiyanın paytaxtı Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar.

Onlar səmada qara halqanın peyda olduğunu görüblər.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat verib. Kanaldan bildirilib ki, halqa daha çox “Arrival” (“Gəliş”) filmindəki yadplanetlilərin ünsiyyət vasitəsinə bənzəməsi ilə diqqət çəkib.

Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər.

Fövqəladə hallar xidməti isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.//oxu.az

Son xəbərlər