Əməliyyatdan sonra Putin ilk dəfə danışıb

Əməliyyatdan sonra Putin ilk dəfə danışıb
Siyasət 4676
Rusiya prezidenti Vladimir Putin Suriyaya qarşı ABŞ, İngiltərə və Fransanın birgə hava əməliyyatlarından sonra ilk dəfə danışıb. O, açıqlamasında bildirib ki: "Biz əməliyyatı ən ağır formada qınayırıq"BAKU.WS xəbər verir ki, Putin terrorizmə qarşı mübarizənin ön cəbhəsində yer alan, dominantlıq edən dövlətə qarşı yönəlmiş bu hərəkətin təcavüz olduğunu bildirib və hücumun bütün beynəlxalq əlaqələr sisteminə dağıdıcı təsir göstərəcəyini vurğulayıb."Rusiya ordusunun terrorla mübarizədə qanuni şəkildə dəstəklədiyi Suriyaya qarşı hücumu qəti şəkildə qınayırıq" – deyən Putin sözlərinə belə davam edib. ABŞ Suriyaya qarşı etdiyi hərəkətlə bölgədəki fəlakətləri daha da dərinləşdirdi, əhaliyə daha da çox acı yaşatdı və bölgədə sığınacaq axtaranların sayını artırdı.Nihat HÜSEYNZADƏBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər