Rəsmi Ankaradan Suriyaya zərbələr haqda xəbərə reaksiya
14
apr
2018
10:53
Rəsmi Ankara ABŞ-ın Fransa və İngiltərə ilə birlikdə Suriyaya zərbələrinə reaksiya verib. BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyindən edilən şərhdə: "Əməliyyatı müsbət qarşılayırıq. Türkiyə, Suriya rejiminə qarşı ABŞ, İngiltərə və Fransanın təşkil etdiyi əməliyyatı lazımlı əməliyyat kimi dəstəkləyir", - deyə bildirilib. Qeyd edək ki, ABŞ, İngiltərə və Fransanın iştirakı ilə aparılan hərbi əməliyyat zamanı Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
ABŞ Suriyanı belə vurur – VİDEO
Twitter-də ABŞ, Böyük Britaniya və Fransanın Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbələrin videogörüntüsü yayılıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər...