Milli Şuranın 2 mart mitinqi ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

27
fev
2019
14:18
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək müraciətinə cavab verib.Publika.az xəbər verir ki, Milli Şuranın nümayəndələri Vidadi Məhərrəmov və İlham Hüseyn BŞİH-ə dəvət edilib və onlara imtina məktubu təqdim edilib.Mitinqə “yox” cavabı verilməsinin səbəbi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozuntuları, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub.BAKU.WS
Oxşar xəbərlər
Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.BAKU.WS-in xəbərinə görə, BŞİH-də müraciətə...
